Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, son günlərdə az adam tapılar ki, media və virtual məkanlarda Cefri Epşteyn (Jeffrey Epstein) adını eşitməsin və ya bu ABŞ yönümlü korrupsiyalaşmış sərmayədar və onun adasında baş verən faciə ilə bağlı məlumatı olmasın.
Ali Məqamlı Rəhbər bir neçə gün əvvəl bu məsələyə münasibət bildirərək qeyd etmişdir:
Məşhurluğu ilə qorxunc olan bu adadakı korrupsiyaların üzə çıxması, Qərb sivilizasiyası və liberal-demokratiya sisteminin reallığını ortaya qoyur. Qərb rəhbərlərinin korrupsiyası ilə bağlı eşitdiklərimiz bir tərəfə, bu adanın işi tamam başqa bir biabırçılıqdır. Əlbəttə, bu, onların saysız-hesabsız korrupsiyalarından yalnız bir nümunədir. Hələlik görünməyən, amma sonradan ortaya çıxacaq bir çox faktlar da var.
Qərb liberal-demokratiyasının zərərli nəticələri
Məşhur jurnalist Mürtəza Müfid Nejadın fikrincə, Qərb mediası bu işə sistemli və fundamental yanaşmadan çəkinir və onu yalnız acı bir hadisə kimi təqdim etməyə çalışır.
O əlavə edib ki, buna baxmayaraq, Epşteyn işi ilə bağlı mətn əsaslı və məhdud yanaşmanın yerinə, daha geniş kontekstual və strukturist analiz tətbiq olunmalıdır. Cefri Epşteyn işi yalnız əxlaqi qalmaqal və ya fərdi xarakterli pozuntu çərçivəsində qiymətləndirilə bilməz. Bu iş, mahiyyət etibarilə, Qərb liberal-demokratik sisteminin institusional strukturunda hakimiyyət, sərvət, korrupsiya mexanizmləri və siyasi toxunulmazlıq institutunun qarşılıqlı kəsişməsini ən açıq və sistemli şəkildə nümayiş etdirən nümunələrdən biridir. Sözügedən struktur uzun illər şəffaflıq, hüququn qorunması və siyasi etik prinsipləri ilə özünü qlobal nümunə kimi təqdim etmiş, lakin belə bir işin qarşısında aciz və ya iradəsiz görünmüşdür.
O, həmçinin vurğulayıb ki, Cefri Epşteyn kənar bir fiqur yox, ABŞ və Avropanın siyasi, maliyyə və media elitasına geniş çıxışı olan bir şəxs idi. Yüksək vəzifəli siyasətçi və milyarderlərin, həmçinin akademik və nüfuzlu şəxslərin onun ətrafında çox görünməsi dünyaya göstərdi ki, uzun illər boyunca qanunun hüdudlarından kənarda fəaliyyət göstərən bir hakimiyyət şəbəkəsi mövcud olmuşdur. Bu məqam bizi daha ciddi şəkildə sorğu-suala çəkir. Necə ola bilər ki, uzun illər bu işdə iştirak etmiş şəxslər həmin bu məsələdə susqun qalır və heç bir nəticəyə gəlmir?
Müfid Nejad əlavə edib ki, əsas həqiqət budur ki, illərlə Qərb sivilizasiyasının zəiflədiyi barədə danışanlar şəxsiyyət və fikir terroruna məruz qalır və həmin dövrdə bütün səylə göstərilməyə çalışılırdı ki, Qərb sivilizasiyası hələ də qüdrətli və möhtəşəm olaraq mövcuddur. Lakin zaman göstərdi ki, bu yaşlı ağacın içi o qədər xəstə və boşdur ki, onun məhv edilməsi və aradan getməsi ehtimalı daha çoxdur.
Əxlaqsız siyasətin qanunsuz nəticələri
O, əlavə edib ki, həmin ada, o cümlədən 20 il əvvəl insanlığa yaraşmayan şəkildə baş vermiş hadisələr bütün dünya üçün açıq və aydın mesaj daşıyır. Nəhayət etik prinsiplərindən kənar olan bir siyasət legitimlik böhranına gətirib çıxarır. Həqiqətin gizlədilməsi, şəxslərin aradan çıxarılması və medianın idarəedici rolu qısa müddətdə effektli görünə bilər, lakin uzun müddətdə ictimai etimadı zəiflədir. Hərçənd adanın sahibi artıq neçə illərdir vəfat etmişdir, onun işi isə yenidən gündəmə gətirilmiş və müasir Qərb nəzəriyyəsinin təməl prinsiplərini sual altına alan simvolik məqam kimi qəbul edilmişdir.
Qərb mediasının Epşteyn işi ilə bağlı paradoksu
Media sahəsi üzrə mütəxəssis və tədqiqatçı doktor Məsumə Nəsiri qeyd etdi ki, Epşteyn işi ilə bağlı məsələ yalnız mətn kontekstində deyil, mediada daha geniş analiz və tədqiq tələb edir. Dünyada ən kiçik hadisələr belə böyük xəbər mövzularına çevrilə bildiyi halda, bu işin necə bu qədər geniş miqyasda senzura və media gizlədilməsi altında qaldığı əsas sual kimi qalır.
O vurğuladı ki, işlə bağlı bəzi məlumatların açıqlanmasına baxmayaraq, Qərbin daim iddia etdiyi kimi medianın şəffaflığı və informasiya azadlığı hələ də tam müşahidə olunmur. Habelə qeyd etmək lazımdır ki, açıqlanan məlumatlar əslində bir neçə ölkə arasında siyasi və təhlükəsizlik mübarizələrinin nəticəsi olaraq ictimai rəyin idarə edilməsi məqsədilə istifadə olunur.
Dr. Nəsiri bildirdi ki, əsas məsələ Qərb sisteminin uzun illər insan hüquqları və informasiya azadlığı prinsiplərindən danışdığı halda, necə olur ki, bu qədər əhəmiyyətli bir mövzu öz senzura və məzmun diktaturasının dərin qatlarında gizlədilmişdir. Bu hadisə izləyicini düşünməyə vadar edir. Nəyi, hansı vaxtda və hansı baxış bucağı ilə görəcəyimizi müəyyən edən media olmalıdır?
Qərb liderlərinin əli hər hansı bir cinayətdə olduğu ortaya çıxanda
Dr. Məsumə Nəsiri qeyd etdi ki, maraqlı məqam odur ki, müasir dünyada bir çox əhəmiyyətsiz məsələlər süni şəkildə qabardılır, halbuki bu iş kimi həyati əhəmiyyətli məsələlər, o cümlədən Fələstin və digər hakimiyyət maraqlarına qarşı baş verən hadisələr senzura və laqeydlik pərdəsi altında qalır.
O əlavə etdi ki, media baxımından bu işi yalnız insan hüquqları və uşaq istismarı aspektləri ilə məhdudlaşdırmaq olmaz, hərçənd ki, bu aspektlər də olduqca vacibdir. Əgər belə hadisə müsəlman ölkəsində baş versəydi, Qərb mediası bunu qlobal qalmaqala çevirərdi. Lakin indi Qərb liderləri bu işdə iştirak etdiyinə görə, nə peşmanlıq hiss olunur, nə də aparıcı media orqanlarından ciddi sorğu-sual müşahidə edilir.
Seksual istismarı aşan məsələ
Media sahəsi üzrə mütəxəssis və tədqiqatçı bildirib ki, bu işin dərin qatları yalnız uşaqların cinsi istismarı ilə məhdudlaşmır. Əsas məsələ həmin adada satanizm ritualları və yeni bir dini sistem yaratmağa yönəlmiş cəhdlərin mövcudluğudur. Bu səbəbdən bütün ilahi və səmavi dinlər bu fenomenə qlobal səviyyədə ciddi və koordinasiyalı reaksiyalar verməlidirlər.
O, vurğuladı ki, burada haqq və batil, həmçinin təmiz və natəmiz, Tanrı və şeytan arasındakı qarşıdurma açıq və görünən formada ortaya çıxmışdır. Ağıllı insan soruşmalıdır: Necə ola bilər ki, on minlərlə uşağın qurban verildiyi hallarla bağlı məlumatlara baxmayaraq, bu mövzu media sahəsində itib gedir və heç kim bundan danışmır? Hansı dövlət müəyyən edir ki, mediada hansı mövzu işıqlandırılacaq və hansı mövzu gizli qalacaq? Məhz bu işlər şeytani əməl və yanaşmalardan doğur. Həmçinin Hollywood, musiqi və Qərb mədəniyyət sənayesinin bu cür şeytani yanaşmaların təşviqində rolu da araşdırılmalıdır.
Dr. Nəsiri nəticə olaraq bildirib ki, media sahəsi perspektivindən yeni bir media sahəsi ilə qarşı-qarşıyayıq. Bu məkan yalnız görünən məzmuna diqqət yetirmir, həm də mesajın mənbəyini, göndərənin ideologiyasını və onun belə gizli axınlarla əlaqəsini araşdırır. Buna görə media təhsili və analizində bu dərin qatları diqqətlə öyrənmək və müzakirə etmək vacibdir.
Xəbərin sonu
Rəyiniz